Digər
Təbriz-İrəvan reysləri bərpa olunur
Təbriz-İrəvan birbaşa aviareysləri iki illik fasilədən sonra avqustun 20-dən etibarən bərpa ediləcək.
Axar.az xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.
Məlumata görə, uçuşlar Təbrizdəki Şəhid Mədəni Beynəlxalq Hava Limanından həyata keçiriləcək.
İlk Təbriz-İrəvan reysi avqustun 20-də saat 09:00-a planlaşdırılıb.
Mənbə
axar.az