İdman
Cokoviç matç zamanı kortda huşunu itirib - VİDEO
Serbiyalı tennisçi Novak Cokoviç ABŞ-nin Sinsinnati şəhərində keçirilən "Masters" seriyalı turnirin ikinci turunda matç zamanı huşunu itirib. Oxu.Az xəbər verir ki, bu barədə "The Sun" qəzeti məlumat yayıb. İdmançı özünə gəldikdən sonra qusmadan əziyyət çəkib. Argentinalı Tyaqo Aqustin Tirante ilə görüşədək Cokoviç "Böyük dəbilqə" turnirindən sonra uzun müddətdir özünü belə yaxşı hiss etmədiyini deyib. Jurnalistlərin sözlərinə görə, serbiyalı tennisçi ilk setdən etibarən əldən düşmüş görünürdü. İkinci setdə isə idmançının halı pisləşib.
"Son bir neçə il ərzində məni narahat edən sağlamlıq problemim var. Buna görə, xüsusilə, rütubətli və isti şəraitdə çoxlu çətinliklər yaranır. Sinsinnatidə isti və rütubətli olacağını gözləyirdim, lakin əsəbilik kimi amillər vəziyyəti daha da pisləşdirir. Elə də oldu", - deyə Cokoviç bildirib.

Mənbə
oxu.az