Cəmiyyət
Kombaynla birlikdə uçan körpü hələ də bərpa olunmayıb - VİDEO
Sabirabad rayonunun ən ucqar kəndlərindən biri olan Sarxanbəylidə ötən ilin dekabrında baş vermiş hadisənin fəsadları hələ də aradan qaldırılmayıb. Söhbət 2-ci Küryan kollektoru üzərində yerləşən körpünün uçmasından gedir. Oxu.Az "Xəzər" TV-yə istinadən xəbər verir ki, hadisə nəticəsində pambıqyığan kombayn aşaraq su kanalına düşmüşdü. Artıq avqust ayı olmasına baxmayaraq, sözügedən körpü hələ də qəzalı vəziyyətdədir. Bu isə sakinləri ciddi narahat edir. Onların sözlərinə görə, körpü uçduqdan sonra aidiyyəti qurumlar alternativ yolun çəkiləcəyini də bildiriblər.
Sakinlər deyirlər ki, bu körpü təkcə Sarxanbəyli kəndi üçün deyil, bir neçə yaşayış məntəqəsinin əhalisi üçün həyati əhəmiyyət daşıyır. Onlar Şirvan və Salyan istiqamətinə getmək üçün məhz bu körpüdən istifadə ediblər. Məsələ ilə bağlı Aşağı Muğan Meliorativ Sistemlərinin İstismarı İdarəsindən "Xəzər Xəbər"ə bildirilib ki, körpünün bərpası üçün yuxarı təşkilatlara məlumat verilib və smeta da ayrılıb. Yaxın günlərdə əraziyə texnika gətirilərək körpünün tikintisinə başlanılacaq.

Mənbə
oxu.az
Oxşar Xəbərlər