Dünya

İrandan GÜC NÜMAYİŞİ: Vurulan ABŞ və İsrail texnikaları göstərildi - FOTO - VİDEO

16 Aug 2026, 22:48 2 baxış
İrandan GÜC NÜMAYİŞİ: Vurulan ABŞ və İsrail texnikaları göstərildi - FOTO - VİDEO
İran hava hücumundan müdafiə bölmələri hərbi əməliyyatlar zamanı vurulan döyüş texnikasını nümayiş etdiriblər. Oxu.Az "Azad İran" "Telegram" kanalına istinadən xəbər verir ki, nümayiş etdirilən texnikalar arasında martın 4-də vurularaq ələ keçirilən, 923 seriya nömrəli, zədələnməmiş "Hermes 900" pilotsuz uçuş aparatı da olub.

Bundan başqa, görüntülərdə "F-15E Strike Eagle" qırıcı-bombardmançı təyyarəsinin, "MQ-9 Reaper" və "MQ-1C Gray Eagle" pilotsuz uçuş aparatlarının, BƏƏ istehsalı olan "Yabhon H" kamikadze dronlarının, eləcə də "AGM-158 JASSM" qanadlı raketlərinin qalıqları nümayiş etdirilib. Onların arasında LUCAS kamikadze dronlarında quraşdırılmış "Starlink" terminalları da nümayiş olunub.
Mənbə oxu.az

Oxşar Xəbərlər