İdman
"Neftçi" yeni mövsümə qələbə ilə başladı
Futbol üzrə Azərbaycan Premyer Liqasında ilk turun daha bir oyunu keçirilib.
AZƏRTAC xəbər verir ki, "Neftçi" "SOCAR Polymer Arena"da "Sumqayıt"ın qonağı olub. Görüş "ağ-qaralar"ın 3:1 hesablı qələbəsi ilə başa çatıb.
"Neftçi"nin heyətində qolları Breno Almeyda (2) və Lyubomir Tupta vurublar. Ev sahibi komandadan isə Nadir Orucov fərqlənib.
74-cü dəqiqədə "Sumqayıt"ın kapitanı Səbuhi Abdullazadə qırmızı vərəqə ilə meydandan qovulub.
Qeyd edək ki, turun əvvəlki oyunlarında "Turan Tovuz" "Qəbələ"ni, 1:0, "Sabah" "Kəpəz"i 2:0 hesabı ilə məğlub edib, "Araz-Naxçıvan" - "İmişli" matçında isə qalib müəyyənləşməyib - 0:0. Tura avqustun 17-də keçiriləcək "Qarabağ" - "Şamaxı" matçı ilə yekun vurulacaq.
Mənbə
axar.az