Cəmiyyət

"Hər dəfə deyirlər ki, bir-iki aya həll olunacaq" - Binəqədi sakinləri niyə çıxarış ala bilmirlər? - VİDEO

16 Aug 2026, 21:24 2 baxış
"Hər dəfə deyirlər ki, bir-iki aya həll olunacaq" - Binəqədi sakinləri niyə çıxarış ala bilmirlər? - VİDEO
Paytaxtın Binəqədi rayonunun 9-cu mikrorayonunda, Mir Cəlal küçəsində yerləşən binanın sakinləri illərdir mənzillərinə çıxarış ala bilmədiklərini deyirlər. Baku TV-nin qaynar xəttinə müraciət edən sakinlərin sözlərinə görə, mənzillərini illər əvvəl alsalar da, kommunal xidmətlərlə bağlı bəzi sənədlər onların adına rəsmiləşdirilməyib. "2016-cı ildə aldığım obyektdir. Hər dəfə deyirlər ki, bir-iki aya həll olunacaq. Üç ildir söz verirlər, amma əməl etmirlər", - deyə sakinlərdən biri qeyd edib.

Digər sakin isə qarajda avtomobillərini saxlaya bilmədiklərini deyib. Onun sözlərinə görə, binadakı mənzillərin sayı ilə qarajda nəzərdə tutulan avtomobil yerlərinin sayı təxminən eynidir. Lakin iddiaya görə, həmin yerlərdən digər şəxslər də istifadə edir. "Biz öz maşınımızı qarajda saxlaya bilmirik. Komendant o biri binanın sakinlərinə pul qarşılığında yer verir, bizə də deyir ki, yer yoxdur", - deyə sakin əlavə edib. Məsələ ilə bağlı "Dostlar" MTK-nın rəhbəri bildirilib ki, binanın qarajında bütün avtomobillərin saxlanılması üçün kifayət qədər yer yoxdur. Sakinlərin qaraj yerlərinin digər şəxslərə satılması və ya icarəyə verilməsi ilə bağlı iddialarına cavab olaraq MTK rəhbəri qarajın şəxsi mülkiyyəti olduğunu deyib: "Qaraj mənim şəxsi mülkümdür. Sakinlərə məxsus deyil". Çıxarışların nə vaxt veriləcəyi ilə bağlı suala isə MTK rəhbəri bunun sənədləşmə prosesi ilə əlaqəli olduğunu deyib. Onun sözlərinə görə, bina rayon icra hakimiyyətinin sərəncamı əsasında tikilib, lakin 2019-cu ildən sonra yaranan dəyişikliklər səbəbindən qəbul aktının verilməsi ilə bağlı problem yaranıb. MTK rəhbəri sənədlərin hazır olduğunu və məsələ ilə bağlı yenidən aidiyyəti quruma müraciət edəcəyini bildirib.
Mənbə oxu.az

Oxşar Xəbərlər