İdman

KİV: Messi hakimin ünvanına təhqiramiz ifadə işlədib - VİDEO

16 Aug 2026, 17:48 2 baxış
KİV: Messi hakimin ünvanına təhqiramiz ifadə işlədib - VİDEO
ABŞ-nin "İnter Mayami" klubunun hücumçusu və kapitanı Lionel Messi MLS müntəzəm çempionatının "Neşvill"ə qarşı matçından (1:4) sonra hakimlərin ünvanına təhqiredici ifadə işlədib. Oxu.Az bu barədə ESPN-ə istinadən xəbər verir.

Mənbənin məlumatına görə, 39 yaşlı hücumçu rəqibin üçüncü qolundan sonra referinin fəaliyyətindən narazılığını bildirib. O, epizod zamanı yıxılmasına hakimin diqqət yetirmədiyini iddia edib və buna görə xəbərdarlıq alıb. Cavabında Messi sarkazmla əl çalaraq hakimi alqışlayıb. Qeyd olunub ki, final fitindən sonra Messi hakim Fişerin yanından keçərkən düz onun gözlərinin içinə baxaraq söyüş söyüb.
Mənbə oxu.az

Oxşar Xəbərlər