İdman

"Sabah" - "Hapoel" görüşünün biletləri satışa çıxarıldı

16 Aug 2026, 17:45 2 baxış
"Sabah" - "Hapoel" görüşünün biletləri satışa çıxarıldı

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunu çərçivəsində keçiriləcək "Sabah" (Azərbaycan) – "Hapoel" (Beer-Şeva, İsrail) matçının biletləri satışa çıxarılıb.


Axar.az xəbər verir ki, bu barədə klubdan məlumat verilib.


Bildirilib ki, biletləri onlayn şəkildə "iticket.az" saytından, həmçinin oyun günü Tofiq Bəhramov adına Respublika Stadionunun kassalarından əldə etmək mümkündür.


Qeyd edək ki, "Sabah" - "Hapoel" qarşılaşması avqustun 25-də, saat 20:45-də Tofiq Bəhramov adına Respublika Stadionunda start götürəcək.

Mənbə axar.az

Oxşar Xəbərlər