İdman
"Sabah" - "Hapoel Beer-Şeva" oyununun biletləri satışa çıxarılıb
UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunu çərçivəsində keçiriləcək "Sabah" (Azərbaycan) - "Hapoel Beer-Şeva" (İsrail) qarşılaşmasının biletləri satışa çıxarılıb. Oxu.Az xəbər verir ki, bu barədə "Sabah" klubunun rəsmi "Instagram" hesabında paylaşım edilib. Qeyd edək ki, "Sabah" - "Hapoel Beer-Şeva" oyunu avqustun 25-də saat 20:45-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.
Mənbə
oxu.az