Digər

Almaniya miqrantlarla bağlı vədini yerinə yetirə bilmədi

16 Aug 2026, 18:30 1 baxış
Almaniya miqrantlarla bağlı vədini yerinə yetirə bilmədi

Almaniya hökuməti ölkəni tərk etməli olan miqrantların deportasiya sayını artırmaqla bağlı verdiyi vədi yerinə yetirə bilməyib.


Axar.az “Welt am Sonntag” qəzetinə istinadən xəbər verir ki, 2026-cı ilin ilk yarısında Almaniyadan 9663 miqrant deportasiya olunub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 18 faiz azdır. Hazırda ölkədə deportasiya qərarı olan 230 mindən çox əcnəbinin yaşadığı bildirilir.


Almaniyanın daxili işlər naziri Aleksander Dobrindt aprel ayında əfqanların Kabula “demək olar ki, hər həftə” deportasiya ediləcəyini açıqlamışdı. Lakin son dörd ay ərzində Əfqanıstana cəmi 96 nəfər göndərilib.


Dublin sazişi çərçivəsində miqrantların ilk daxil olduqları Avropa İttifaqı ölkələrinə qaytarılması planı da ciddi çətinliklərlə üzləşib. İtaliyanın baş naziri Corca Meloni avqustun 19-na planlaşdırılan ilk üç miqrantın qəbulundan imtina edib.


Məlumata görə, Almaniya 2025-ci ildə digər AB ölkələrinə təxminən 36 min miqrantın geri qəbul edilməsi ilə bağlı müraciət göndərib, onlardan yalnız 5,4 mini təmin olunub.

Mənbə axar.az

Oxşar Xəbərlər