İdman

Amerikalı üzgüçü gün ərzində iki dəfə dünya rekordunu yenilədi

16 Aug 2026, 15:48 3 baxış
Amerikalı üzgüçü gün ərzində iki dəfə dünya rekordunu yenilədi
Amerikalı üzgüçü Keyt Duqlas gün ərzində iki dəfə 50 metr məsafəyə sərbəst üsulla üzməkdə dünya rekordunu yeniləyib. Oxu.Az TASS-a istinadən xəbər verir ki, idmançı İrvaynda keçirilən Sakit okean regionu çempionatının final yarışında 23.19 saniyə nəticə göstərib. Daha əvvəl təsnifat yarışında Duqlas məsafəni 23.49 saniyəyə qət etmişdi. Bunadək dünya rekordu amerikalı Qretçen Uolşa (23.55 saniyə) məxsus idi. Duqlasın 24 yaşı var, o, ikiqat Olimpiya çempionudur, həmçinin aktivində Oyunların iki gümüş və bir bürünc mükafatı var. Duqlas yeddi dəfə dünya çempionatlarında qalib gəlib, yeddi dəfə gümüş və beş dəfə dünya birinciliklərinin bürünc mükafatçısı olub.
Mənbə oxu.az

Oxşar Xəbərlər