Cəmiyyət
"Qafqazinfo" 16 yaşını qeyd edir
Bu gün "Qafqazinfo" xəbər portalının fəaliyyətə başlamasının ildönümüdür. Portalın 16 yaşı tamam olur. Qafqazinfo.az xəbər portalı 2010-cu il avqustun 16-da fəaliyyətə başlayıb. Bu saytda Azərbaycanın ictimai-siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, digər Qafqaz ölkələrində, habelə dünyada baş verən xəbərlər oxuculara çatdırılır. Bundan başqa, portalda müxtəlif sahələrdən bəhs edən müsahibələr, təhlillər, reportajlar, müəllif yazıları işıqlandırılır. Oxu.Az saytının kollektivi "Qafqazinfo"da çalışan həmkarlarını təbrik edir, onlara yeni yaradıcılıq uğurları arzulayır!
Mənbə
oxu.az