Cəmiyyət

Sərnişinlərin NƏZƏRİNƏ: Bakıda bəzi marşrutların dayanacaqları DƏYİŞDİRİLDİ

15 Aug 2026, 22:24 2 baxış
Sərnişinlərin NƏZƏRİNƏ: Bakıda bəzi marşrutların dayanacaqları DƏYİŞDİRİLDİ
Bakıda 2, 10, 20 və 88A nömrəli marşrutların bəzi aralıq dayanacaq məntəqələrinin yeri dəyişdirilib. Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb. Dəyişiklik M1, M2 və M3 nömrəli ekspres marşrutların "28 May" Nəqliyyat Mübadilə Mərkəzində təhlükəsiz hərəkətinin təmin edilməsi və avtobus sıxlığının azaldılması məqsədilə edilib. Dəyişikliklərə əsasən: - 2 nömrəli marşrut: Metronun "Dərnəgül" stansiyası istiqamətində - Puşkin küçəsi, Muğan bağının qarşısı; Bakı Beynəlxalq Avtovağzal Kompleksi istiqamətində - Puşkin küçəsi, Səməd Vurğun bağının qarşısı. - 10 nömrəli marşrut: Bakı Ağ Şəhər istiqamətində - Puşkin küçəsi, Muğan bağının qarşısı. - 20 nömrəli marşrut: Qaraçuxur qəsəbəsi istiqamətində - Puşkin küçəsi, Muğan bağının qarşısı. - 88A nömrəli marşrut: Bakı Ağ Şəhər istiqamətində - Puşkin küçəsi, Muğan bağının qarşısı; Metronun "Azadlıq prospekti" stansiyası istiqamətində - Puşkin küçəsi, Səməd Vurğun bağının qarşısı.
Mənbə oxu.az

Oxşar Xəbərlər