Cəmiyyət

Konqres Azərbaycana dair 907-ci düzəlişlə bağlı məlumatlandırıldı

15 Aug 2026, 22:20 2 baxış
Konqres Azərbaycana dair 907-ci düzəlişlə bağlı məlumatlandırıldı

ABŞ Dövlət Departamenti Konqresə Azərbaycanın "Azadlığa Dəstək Aktı"nın 907-ci düzəlişində nəzərdə tutulan məhdudiyyətlərdən azad edilməsinin müddətinin uzadılması barədə məlumat verib.


Axar.az xəbər verir ki, Dövlət Departamenti müvafiq sənədi iyulun 28-də Senatın Xarici Əlaqələr Komitəsinə, avqustun 10-da isə Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinə göndərib.


Qeyd edək ki, 1992-ci ildə qəbul edilən 907-ci düzəliş Azərbaycana ABŞ yardımının göstərilməsini məhdudlaşdırır. 2001-ci ildə Konqres ABŞ prezidentinə bu məhdudiyyətlərin tətbiqini dayandırmaq səlahiyyəti verib. Hər il ABŞ prezidentləri 907-ci düzəlişin qüvvəsinin dayandırılmasını hər il uzadır və Konqresə məlumat verirlər.

Mənbə axar.az

Oxşar Xəbərlər