Cəmiyyət

Dörd yaşlı uşağın quduzluğa yoluxması həyəcan yaratdı: Həkimdən ciddi XƏBƏRDARLIQ - VİDEO

15 Aug 2026, 20:12 2 baxış
Dörd yaşlı uşağın quduzluğa yoluxması həyəcan yaratdı: Həkimdən ciddi XƏBƏRDARLIQ - VİDEO
Türkiyənin Diyarbəkir şəhərində 4 yaşlı qız küçə pişiyi tərəfindən dişləndikdən dörd ay sonra ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Hadisədən dərhal sonra xəstəxanaya aparılan azyaşlı müayinə edildikdən sonra evə buraxılsa da, aylar sonra vəziyyəti kəskin pisləşib.

Uşaqda quduzluq virusu təsdiqlənib və o, süni tənəffüs aparatına qoşulub. Məsələ ilə bağlı həkim, professor Adil Qeybulla Baku TV-yə bildirib ki, sahibsiz heyvanlar quduzluq baxımından ciddi təhlükə mənbəyidir: "Avropa ölkələrində küçədə sahibsiz pişik və ya itə rast gəlməzsiniz. Onların hamısı evdə, baytar nəzarəti altında saxlanılır. Türkiyədə və bizdə isə küçələrdə sahibsiz heyvanlar gəzir. İstənilən halda həmin heyvanlar quduzluğa yoluxa bilər. Quduzluq zamanı mərkəzi sinir sistemində ağır dəyişikliklər baş verir və heyvanlar insanlara hücum edir". Professor vurğulayıb ki, heyvan dişləməsi zamanı vaxt itirmədən həkimə müraciət olunmalıdır: "İstənilən heyvan dişləməsi və ya cırmaqlaması zamanı zərərçəkən mütləq xəstəxanaya çatdırılmalı, ona quduzluq əleyhinə vaksin vurulmalıdır. Bu peyvənd profilaktik məqsədlə edilir, çünki heyvanın quduz olub-olmadığı dərhal məlum olmur. Lakin peyvənd böyük bir təhlükənin qarşısını alır. Çünki xəstəlik artıq kliniki əlamətlərlə büruzə verdikdən sonra onun müalicəsi təəssüf ki, mümkün olmur".
Mənbə oxu.az

Oxşar Xəbərlər