Digər
Tiflisdə güclü leysan: yolları su basdı, elektik kəsildi
Gürcüstan ərazisində yağan güclü leysan yağışları bölgələrlə yanaşı, paytaxt Tiflisdə də bir sıra ciddi problemlərə səbəb olub.
Axar.az xəbər verir ki, intensiv yağıntılar nəticəsində şəhərin mərkəzi yollarını su basıb və bu, nəqliyyatın hərəkətini çətinləşdirib.
Tiflis və ətraf ərazilərdə yağışın törətdiyi fəsadları əks etdirən görüntülər sosial şəbəkələrdə geniş yayılıb. Sakinlər Tskneti qəsəbəsi də daxil olmaqla, bir sıra ərazilərdə küçələrin sel suları altında qaldığını bildirirlər.
Məlumata görə, paytaxtda təxminən güclü və fasiləsiz yağış yağır. Əlverişsiz hava şəraiti səbəbindən Tiflisin bəzi ərazilərində elektrik enerjisinin verilməsində də fasilələr yaranıb.
Mənbə
axar.az