Cəmiyyət

Əliyevin bu təklifləri müsbət qiymətləndirilib - Tumasyan

14 Aug 2026, 20:05 1 baxış
Əliyevin bu təklifləri müsbət qiymətləndirilib - Tumasyan

Azərbaycan və Ermənistan arasında enerji sahəsində əməkdaşlıq qarşılıqlı etimadı gücləndirə bilər.


Axar.az xəbər verir ki, bunu Report-a açıqlamasında Gürcüstan Erməni İctimai Platformasının sədri Giorgi Tumasyan deyib.


O, Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistana elektrik enerjisinin tədarükü və elektrik enerjisinin bu ölkənin ərazisindən tranziti ilə bağlı təkliflərinin müsbət qiymətləndirildiyini vurğulayıb.


Ekspert enerji sahəsində əməkdaşlığın Azərbaycan və Ermənistan arasında etimadı gücləndirməklə yanaşı, iqtisadi əlaqələrin inkişafına da mühüm töhfə verə biləcəyini qeyd edib:


"Enerji sahəsində əməkdaşlıq təkcə ölkələr arasında etimadı gücləndirməyə deyil, həm də iqtisadi əməkdaşlığın inkişafına imkan yarada bilər. Müasir dünyada iqtisadi əməkdaşlıq mehriban qonşuluq münasibətlərinin formalaşması üçün əsas amillərdən biridir".


F.Tumasyanın fikrincə, regionda mövcud olan böhran və risklər fonunda Azərbaycan-Ermənistan enerji əməkdaşlığı xüsusi əhəmiyyət daşıyır:


"Tərəflər arasında neft məhsullarının tədarükü ilə bağlı artıq müsbət nümunələr mövcuddur və bu təcrübə qarşılıqlı əlaqələrin daha da dərinləşdirilməsinə, həmçinin tranzit əlaqələrinin inkişafına müsbət təsir göstərə bilər. Bu, nəticə etibarilə TRİPP layihəsi çərçivəsində planlaşdırılan tranzit proseslərinin də intensivləşməsinə gətirib çıxaracaq".

Mənbə axar.az

Oxşar Xəbərlər