Cəmiyyət

Bakıda bu 9 marşrutun hərəkət istiqaməti dəyişdirildi

14 Aug 2026, 18:55 1 baxış
Bakıda bu 9 marşrutun hərəkət istiqaməti dəyişdirildi

Mərdəkan qəsəbəsi Sergey Yesenin küçəsində aidiyyəti qurum tərəfindən aparılan təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilib.


Bu barədə Axar.az-a Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.


Qeyd olunub ki, məhdudiyyət səbəbindən 112,140,140E,141,144,146,182, 340, 446 nömrəli müntəzəm marşrutların hərəkəti Mərdəkan-Qala şosesi, 28 May, Dəmiryolçular, Xəzri və Baba Əliyev küçələri ilə təşkil edilib.

Mənbə axar.az

Oxşar Xəbərlər