Cəmiyyət

Bakının mərkəzi küçəsində su borusu partlayıb - VİDEO

14 Aug 2026, 17:04 3 baxış
Bakının mərkəzi küçəsində su borusu partlayıb - VİDEO
Bakının mərkəzi küçəsində su borusu partlayıb. Bununla bağlı Oxu.Az-ın qaynar xəttinə (+994 55 224-12-12) şikayət daxil olub.

Qeyd olunub ki, Mirzəağa Əliyev küçəsində su borusunun partlaması səbəbindən içməli su ətrafa yayılıb. Oxu.Az-ın sorğusuna cavab olaraq İri Şəhərlərin Su Təchizatı Xidmətindən bildirilib ki, hadisədən xəbərdardırlar. "Müvafiq sukanal idarəsinin texnikası qəzanın aradan qaldırıımasına cəlb olunub. Yolda qazıntı işləri ilə bağlı cavabdeh qurumdan razılıq da alınıb. Vəziyyət qiymətləndiriləcək və qəza aradan qaldırılacaq", - deyə qurumdan bildirilib.
Mənbə oxu.az

Oxşar Xəbərlər