Cəmiyyət

Allergiya və ya dözümsüzlüyə səbəb olan maddələr, həmçinin qida məhsullarının siyahısı təsdiq olunub

14 Aug 2026, 17:40 2 baxış
Allergiya və ya dözümsüzlüyə səbəb olan maddələr, həmçinin qida məhsullarının siyahısı təsdiq olunub
Allergiya və ya dözümsüzlüyə səbəb olan maddələr və qida məhsullarının siyahısı təsdiq olunub. Oxu.Az-ın əldə etdiyi məlumata görə, bununla bağlı müvafiq qərar imzalanıb. Qərarda qeyd olunur ki, siyahı "İstehlakçıların qida məhsullarına dair məlumatlarla təmin olunması haqqında" Avropa Parlamenti və Şurasının Reqlamenti və Kodeks Alimentarius Komissiyasının CXC 80-2020 saylı "Qida zənciri obyektləri üçün qida məhsullarında rast gəlinən allergenlərin idarəolunmasına dair təcrübə kodeksi" rəhbər tutulmaqla hazırlanıb. Siyahıda nəzərdə tutulan maddələr və ya məhsullar qida məhsulunun tərkibində mövcud olduqda onlar haqqında məlumat həmin qida məhsulunun etiketində əks etdirilməlidir. Allergiya və ya dözümsüzlüyə səbəb olan maddələr və qida məhsullarının siyahısı: - qlüten tərkibli taxıllar: (işarələnənlər istisna) buğda (məsələn, qılçıqsız buğda və Xorasan buğdası), çovdar, arpa, yulaf və ya bunların hibrid növləri və onlardan alınan məhsullar: - *buğda əsaslı qlükoza siropları*, o cümlədən dekstroza; - *buğda əsaslı maltodekstrinlər*; - *arpa əsaslı qlükoza siropları; - *etil spirti də daxil olmaqla, alkoqollu içkilər üçün distilyatların hazırlanmasında istifadə edilən taxıllar. - Xərçəngkimilər (Crustacea) və onlardan alınan məhsullar. - Yumurta və yumurta məhsulları. - Balıq və balıq məhsulları (işarələnənlər istisna): - *vitamin və ya karotenoid tərkibli qida məhsullarında daşıyıcı kimi istifadə edilən balıq jelatini; * - pivə və şərabda durulaşdırıcı köməkçisi kimi istifadə edilən balıq jelatini və ya balıq yapışqanı (Isinglass). - Yerfındığı və yerfındığından alınan məhsullar. - Soya və soyadan alınan məhsullar (işarələnənlər istisna): * tam rafinə olunmuş soya yağı (qatı və maye); - *soyadan əldə edilən tokoferolların (E306) təbii qarışıqları, təbii D-alfa tokoferol, təbii D-alfa tokoferol asetat, təbii D-alfa tokoferol suksinat; - *soya mənşəli bitki yağlarından əldə edilən bitki mənşəli sterollar və bitki mənşəli sterol efirləri; - *soya mənşəli maye bitki yağı sterollarından istehsal edilən bitki mənşəli stanol efiri. - Süd və süd məhsulları (laktoza daxil olmaqla): - etil spirti istehsalı da daxil olmaqla alkoqollu içkilər üçün distillatların hazırlanmasında istifadə edilən süd zərdabı suyu; - laktitol. - Etil spirti istehsalı da daxil olmaqla, alkoqollu içkilər üçün distilyatların hazırlanmasında istifadə edilən qərzəkli meyvələr istisna olmaqla, qərzəkli meyvələr: badam (Amygdalus communis L.), fındıq (Corylus avellana), qoz (Juglans regia), keşyu (Anacardium occidentale), pekan qozu (Carya illinoiesis), Braziliya qozu (Bertholletia excelsa), fıstıq (Pistacia vera), makadamiya fındığı və ya Kvinslend fındığı (Macadamia ternifolia) və onlardan alınan məhsullar. - Kərəviz və kərəviz məhsulları. - E 470a, E 471 və E 477 emulqatorlarının istehsalında istifadə edilən və iki dəfə distillə edildikdən sonra əldə edilən, minimum 85 faiz saflıqlı behen turşusu istisna olmaqla, xardal və xardal məhsulları. - Küncüt toxumu və küncüt toxumundan alınan məhsullar. - Kükürd dioksid və sulfidlər (istehlaka hazır və ya istehsalçıların təlimatlarına əsasən hazırlanan məhsullar üçün, ümumi SO2 üzrə hesablanan konsentrasiyası 10 mq/kq və ya 10 mq/L-dən daha çox olanlar). - Acı paxla və acı paxla məhsulları. - Molyusklar və onlardan alınan məhsullar. - Tətbiq edilən texnoloji proses allergenlik səviyyəsini artırmadıqca qeyd olunan məhsullardan əldə edilən məhsullar.
Mənbə oxu.az

Oxşar Xəbərlər