Cəmiyyət

Hansı çağırışçılar yekun tibbi müayinəyə cəlb edilirlər?

14 Aug 2026, 15:48 1 baxış
Hansı çağırışçılar yekun tibbi müayinəyə cəlb edilirlər?
Müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşlardan hansı kateqoriyalar üzrə rəy verilən şəxslərin yekun tibbi müayinəyə cəlb edildiyi açıqlanıb. Oxu.Az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb. Müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların tibbi şəhadətləndirilməsi zamanı onlardan: - sıradankənar həqiqi hərbi xidmətə yararlılıq haqqında ("B" kateqoriyası), - sağlamlıq vəziyyətinə görə həqiqi hərbi xidmətə müvəqqəti yararsız hesab edilməklə çağırışa möhlət verilməsi haqqında ("Ç" kateqoriyası), - dinc dövrdə həqiqi hərbi xidmətə yararsızlıq, müharibə dövründə məhdud yararlılıq haqqında ("C" kateqoriyası), - həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsızlıq haqqında ("D" kateqoriyası) rəy verilmiş çağırışçılar yekun tibbi müayinəyə cəlb edilirlər. Qeyd edək ki, çağırışçıların yekun tibbi müayinəsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyinin ən müasir tibbi avadanlıqlarla təchiz edilmiş Tibbi Qiymətləndirmə Mərkəzində aparılır. Bu müayinə Mərkəzi Hərbi-Həkim Komissiyası tərəfindən Nazirliyin "Tibbi şəhadətləndirmə" altsisteminə daxil edilən göndəriş əsasında elektron növbəlillik qaydasında həyata keçirilir. Mərkəz ən son müasir tibbi avadanlıqlarla təchiz edilib. Bu avadanlıqlardan istifadə edilməklə ixtisaslaşmış peşəkar həkim heyəti tərəfindən çağırışçıların qanın ümumi və biokimyəvi analizi, oftalmoloji, audiometriya, audiometriya testi, spirometriya, ultrasəs müayinələri, elektroensefaloqrafiya, exokardioqrafiya, elektromioqrafiya, rentgen, qastroskopiya, stomatoloji müayinələri həyata keçirilir.
Mənbə oxu.az

Oxşar Xəbərlər