Cəmiyyət
Oğuzda xarabalığı xatırladan Mədəniyyət və istirahət parkı - FOTO - VİDEO
Oğuz rayonunun girişində yerləşən Mədəniyyət və istirahət parkının baxımsız vəziyyətdə olması sakinlərin narazılığına səbəb olub. Oxu.Az xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə paylaşımlar edilib.
Qeyd olunub ki, 2011-ci ildə istifadəyə verilən park ərazisi baxımsızlıq səbəbindən uzun zamandır ki, acınacaqlı vəziyyətdədir. İki hektardan çox ərazini əhatə edən parkda olan ağacların bir qisminin və yaşıllıq zolaqlarının susuzluq səbəbindən məhv olduğu bildirilir. Müxtəlif tədbirlərin, o cümlədən konsert proqramlarının keçirilməsi üçün nəzərdə tutulan 120 yerlik amfiteatr, günbəz formasında olan 12 istirahət guşəsi, hovuzlar, beton daşlarla üzlənmiş sahə, 500 kvadratmetr yaşıllıq zolağı tamamilə sıradan çıxıb. 15 il əvvəl təntənəli açılışı olan bu möhtəşəm park artıq illərdir ki, baxımsızlığın və antisanitar vəziyyətin hökm sürdüyü sahibsiz xarabalığa çevrilib.
{{gallery}} Məsələ ilə bağlı Oxu.Az Oğuz Rayon İcra Hakimiyyətindən parkın bu vəziyyətə düşməsinin konkret səbəblərinə aydınlıq gətirilməsə də, yaxın vaxtlarda ərazidə təmir işlərinin aparılacağı bildirilib. "Oğuz şəhər Mədəniyyət və istirahət parkında təmir işlərinin aparılması üçün 2026-cı ilin əvvəlindən layihələndirmə işlərinə başlanılıb. Uzunmüddətli istismar nəticəsində park fiziki aşınmaya məruz qalıb. İnsanların yayda istirahətini pozmamaq üçün yay mövsümü başa çatdıqdan sonra təmir işlərinə başlanılacaq", - deyə İcra Hakimiyyətindən bildirilib.

Mənbə
oxu.az