Cəmiyyət
BŞİH-in qarşısında civəli termometr bərpa edildi - Foto
Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) qarşısında civəli termometr bərpa edilib.
Axar.az xəbər verir ki, həmin məkanda termometr hələ sovet dövründə quraşdırılıb və uzun illər şəhərin tanınan elementlərindən biri olub.
Termometr müstəqillik illərində də orada olub, lakin sonrakı dövrdə buradan götürülüb.
Qeyd edək ki, dünyanın bir sıra məşhur paytaxt və böyük şəhərlərində küçə termometrlərindən istifadə geniş yayılmış şəhər ənənələrindəndir.
Mənbə
axar.az