Digər

Oman sahillərində neft sızması: 2 min kv.km ərazini əhatə etdi

12 Aug 2026, 22:55 1 baxış
Oman sahillərində neft sızması: 2 min kv.km ərazini əhatə etdi

BMT-nin gəmiçilik məsələləri üzrə agentliyinin məlumatına görə, çərşənbə günü Rusiyaya məxsus neft daşıyan “Kerolayn Bezengi” tankerinin qəzaya uğraması nəticəsində Oman sahillərində yaranan neft ləkəsi ölkənin materik hissəsinə çatıb.


Axar.az xəbər verir ki, bu barədə "Röyters" məlumat yayıb.


Məlumata görə, beynəlxalq agentliklərin, peyk görüntülərinin və ekoloji qrupların məlumatlarına görə, neft sızması bir neçə həftə ərzində demək olar nəzarətsiz şəkildə yayılıb.


Agentliyin əldə etdiyi peyk görüntülərini araşdıran neft sızmaları üzrə mütəxəssis Con Amosun sözlərinə görə, neft ləkəsi hazırda 2 min kvadratkilometrdən çox ərazini əhatə edir.


Rusiyaya məxsus təxminən 800 min barrel nefti daşıyan və beynəlxalq sanksiyalara məruz qalan “Kerolayn Bezengi” tankeri iyunun 30-da Oman adası yaxınlığında saya oturub. Gəmi iyunun 8-də Yəmən sahillərində çətinliklərlə üzləşdiyini ilk dəfə bildirib. Mənbələrin məlumatına görə, “Kerolayn Bezengi” tankerində partlayış baş verib.

Mənbə axar.az

Oxşar Xəbərlər