Digər
Hakan Fidan sabah Misirə gedir
Türkiyə xarici işlər naziri Hakan Fidan sabah Misirə səfər edəcək.
Axar.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
Məlumata görə, Fidan Türkiyə-Misir Birgə Planlaşdırma Qrupunun ikinci toplantısında iştirak edəcək və ikitərəfli görüşlər keçirəcək.
İki günlük səfər çərçivəsində, həmçinin regional məsələlərə dair fikir mübadiləsi aparılacaq.
Qeyd edək ki, Fidan hazırda Liviyada səfərdədir.
Mənbə
axar.az