Cəmiyyət
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Avqustun 13-də paytaxtın Səbail rayonunun Bayıl və Badamdar qəsəbələrində qaz olmayacaq. Oxu.Az xəbər verir ki, bu barədə "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib. Bildirilib ki, təmir-quraşdırma işləri ilə əlaqədar avqustun 13-də saat 10:00-dan işlər yekunlaşanadək Səbail rayonunun Bayıl və Badamdar qəsəbələrinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq.
Mənbə
oxu.az