Digər

Bu cəhdlər yolverilməzdir - Ərdoğan

12 Aug 2026, 23:19 1 baxış
Bu cəhdlər yolverilməzdir - Ərdoğan

Ümid edirəm ki, seçkilər Fələstində birlik və həmrəyliyin möhkəmləndirilməsinə töhfə verəcək. Türkiyə bütün platformalarda Fələstini bundan sonra da ən qətiyyətli şəkildə dəstəkləyəcək.


Axar.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Fələstin Prezidenti Mahmud Abbasla birgə keçirdiyi mətbuat konfransında deyib.


“Fələstin xalqına dəstək bütün bəşəriyyətin, xüsusilə də İslam dünyasının ümumi məsuliyyətidir. Biz paytaxtı Şərqi Qüds olan və 1967-ci il sərhədləri çərçivəsində yerləşən Fələstin uğrunda mübarizə aparacağıq”, – Ərdoğan qeyd edib.


O, suveren Fələstin dövlətinin mövcudluğuna xələl gətirmək cəhdlərinin yolverilməz olduğunu vurğulayıb.

Mənbə axar.az

Oxşar Xəbərlər