Dünya
Kennedinin qohumu Rusiyada qiyabi həbs olundu
ABŞ-nin sabiq prezidenti Con Kennedinin nəvəsinin qardaşı oğlu Konor Kennedi Rusiyada Ukrayna Silahlı Qüvvələrinin tərəfində muzdlu döyüşçü kimi iştirak etməkdə ittiham olunub. Oxu.Az TASS-a istinadən xəbər verir ki, Moskvanın Basman Rayon Məhkəməsi Konor Kennedini qiyabi həbs edib. O, həmçinin beynəlxalq axtarışa verilib. Müdafiə tərəfi qərardan apellyasiya şikayəti verib, lakin rayon məhkəməsinin qərarı qanuni hesab edilib. ABŞ vətəndaşını 7 ildən 10 ilədək həbs cəzası gözləyir. Məlumata görə, Konor Kennedi Xarkov istiqamətində gedən döyüşlərdə beynəlxalq legionun tərkibində iştirak edib. Döyüşlər zamanı o, anonimliyini qoruyub.
Mənbə
oxu.az