Digər

Almaniyada gözlənilən qanun təsdiqləndi: Düşmən sistemləri...

12 Aug 2026, 20:57 3 baxış
Almaniyada gözlənilən qanun təsdiqləndi: Düşmən sistemləri...

Almaniya Hökuməti ölkənin Federal Kəşfiyyat Xidməti (BND) və Konstitusiyanın Mühafizəsi üzrə Federal İdarəsinin (BFV) fəaliyyətini tənzimləyən qanunvericiliyin əsaslı şəkildə yenilənməsini nəzərdə tutan layihəni təsdiqləyib.


Axar.az xəbər verir ki, sənəd hökumətin kəşfiyyat xidmətlərini artan casusluq, sabotaj və kiberhücumlara qarşı daha çevik və operativ etmək məqsədini əks etdirir.


İslahat çərçivəsində xüsusi xidmət orqanlarının texniki kəşfiyyat, süni intellekt və biometrik məlumatların təhlili imkanları genişləndirilir. BND-yə kiberhücumların və xarici təhdidlərin qarşısını almaq üçün qabaqlayıcı aktiv tədbirlər görmək, o cümlədən düşmən informasiya texnologiyaları sistemlərinə müdaxilə etmək səlahiyyəti verilir. Müəyyən təhlükələr zamanı xüsusi xidmət orqanlarına haker qruplarının serverlərini sıradan çıxarmaq və pilotsuz uçuş aparatları istehsalına mane olmaq kimi aktiv tədbirlər görmək səlahiyyətinin də verilməsi nəzərdə tutulur.


Qeyd edək ki, daha öncə də verdiyimiz məlumatda Almaniya Bundestaqının Nəzarət Komitəsinin sədri Mark Henrixmanın xüsusi xidmət orqanlarına Rusiya ərazisində əməliyyatlar keçirmək səlahiyyətinin verilməsini planlaşdırdığı bildirilib.

Mənbə axar.az

Oxşar Xəbərlər