Cəmiyyət
Tümendən Bakıya uçan təyyarə Ufada məcburi eniş etdi
"UTair" aviaşirkətinin Rusiyanın Tümen şəhərindən Bakıya uçan təyyarəsi texniki səbəbdən Ufada planlaşdırılmamış eniş edib. Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Ural Nəqliyyat Prokurorluğu məlumat yayıb. "Avqustun 12-də yerli vaxtla saat 21:15 radələrində (Bakı vaxtı ilə 20:15 - red.) "UTair" aviaşirkətinin Tümen-Bakı marşrutu üzrə reysi yerinə yetirən təyyarəsi "Ufa" beynəlxalq hava limanında məcburi eniş edib. Marşrutdan kənaraçıxmaya texniki səbəbdən ekipajın qərarı ilə yol verilib", - deyə məlumatda bildirilir. Qeyd olunur ki, eniş ştat rejimində baş tutub. Nəqliyyat prokurorluğu tərəfindən nəzarət tədbirləri təşkil olunub, sərnişinlərin hüquqlarının qorunmasına nəzarət edilir.
Mənbə
oxu.az