Zelenski ukraynalılara şad xəbəri verdi: 26 kənd azad olundu!
Bu ilin yanvar-avqust ayları ərzində hərbçilərimiz Aleksandrovka istiqamətində uğurlu hücum əməliyyatı keçiriblər.
Axar.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski məlumat verib.
“Qoşunlarımızın aktiv fəaliyyəti nəticəsində işğalçı kontingentə ciddi zərbə vurulub. Rusiya tərəfinin itkiləri azı 9550 nəfər ölü və 6600-dən çox yaralı təşkil edib. Həmçinin Ukraynanın mübadilə fondunun artırılması təmin olunub”, - Zelenski qeyd edib.
O vurğulayıb ki, əməliyyatın keçirildiyi müddət ərzində 745 kvadratkilometr ərazi azad edilib:
“Dnepr, Donetsk və Zaporojye vilayətlərinin 26 kəndi Ukraynanın nəzarətinə qaytarılıb. Bu hücum əməliyyatımız dəqiq şəkildə, məhz müəyyənləşdirildiyi kimi həyata keçirilib. Bu gün Ukrayna Silahlı Qüvvələrinin Baş komandanı Mixail Drapatı, Baş Qərargah rəisi İqor Skibyuk və Desant-Hücum Qoşunlarının komandanı Oleq Apostol əməliyyatların nəticələri və bundan sonra atılacaq addımlar barədə məruzə ediblər”.