Kriminal
Ələt-Astara yolunda AĞIR QƏZA: Xəsarət alanlar var
Ələt-Astara yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Oxu.Az "Report"a istinadla xəbər verir ki, hadisə yolun Cəlilabad rayonundan keçən hissəsində qeydə alınıb. İlkin məlumata görə, hadisə zamanı VAZ-2106, VAZ-2107 və mikroavtobus toqquşub. Qəza nəticəsində üç nəfər yaralanıb. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, xəsarət alan üm nəfər (2 qadın, 1 kişi) Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım şöbəsinə yerləşdirilib. Onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travmaları diaqnozu qoyulub, vəziyyətləri stabil qiymətləndirilir. Faktla bağlı araşdırma aparılır.
Mənbə
oxu.az