Digər

Ukrayna və Moldova arasında mühüm razılaşma

12 Aug 2026, 19:07 1 baxış
Ukrayna və Moldova arasında mühüm razılaşma

Ukrayna yüklərin dəmir yolu ilə tranzit daşınmasına 50 faizlik güzəşt tətbiq edilməsi barədə Moldova ilə mühüm razılığa gəlib.


Axar.az xəbər verir ki, bu barədə Ukraynanın Baş naziri Sergey Koretski Teleqram hesabında məlumat yayıb.


O, Moldova Baş naziri Vasili Tofanla bu yaxınlarda baş tutmuş söhbətin nəticələrini ilk dəfə açıqlayıb.


Koretskinin sözlərinə görə, Ukrayna mallarının dəmir yolu ilə tranzitinə 50 faizlik güzəşt tətbiq edilməsi barədə razılığa gəlmək mümkün olub:


“Yeni rejim avqustun 10-dan 2026-cı ilin sonunadək qüvvədə olacaq”.


Baş nazir qeyd edib ki, bu, Rusiyanın Qara dənizdə törətdiyi terror aktları fonunda ukraynalı ixracatçılar üçün həqiqətən mühüm qərardır.

Mənbə axar.az

Oxşar Xəbərlər