Kriminal
AzTV-nin əməkdaşı dənizdə boğuldu - FOTO
Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində Məqsəd Əlisahib oğlu Məmmədli dənizdə batıb. Oxu.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Qeyd olunub ki, onun meyiti ən yaxın sularda xilasetmə məntəqəsindən 2 km aralı dənizdə nəzarətsiz ərazidə aşkarlanıb. Oxu.Az-ın əldə etdiyi məlumata görə, dənizdə batan 35 yaşlı Məqsəd Məmmədli Azərbaycan Dövlət Televiziyasının (AzTV) İnformasiya Proqramları studiyasının prodüseri olub. Hadisənin təfərrüatı araşdırılır.
{{gallery}}
{{gallery}}
Mənbə
oxu.az