İqtisadiyyat
İqtisadi artımın dayanıqlığı nədən asılıdır?
Pərviz Heydərov yazır... İqtisadi artımın dayanıqlığı qeyri-neft-qaz sektoru üzrə investisiya siyasətindən asılıdır. İyul ayı da daxil olmaq bu ilin ilk yeddi ayı üzrə ölkənin sosial-iqtisadi inkişafına dair açıqlanan rəsmi statistika qeyd etməyə əsas verir ki, iqtisadiyyat, staqnasiyadan, yəni durğun vəziyyətdən çıxmağa başlayıb. Bunu, iqtisadi artım tempinin ilin birinci yarısı ilə müqayisədə sürətlənməsi ilə əlaqədar diqqətə çatdırıram. 2026-cı ilin yanvar-iyun aylarında ÜDM-in illik artım tempi 0.8% təşkil etmişdi. İyul da daxil olmaqla bu rəqəm 1.4%-ə qalxıb. Şübhəsiz, bu da qeyri-neft-qaz sektoru ilə əlaqədardır. İlin ilk yeddi ayı ərzində qeyri-neft-qaz sektorunda ÜDM 53 milyard 901.2 milyon manat təşkil etməklə 2.2% artım əldə olunub. Yanvarda bu rəqəm 2.3%, yanvar-fevralda 1.4%, yanvar-martda 0.2%, yanvar-apreldə 0.7%, yanvar-mayda 0.4%, yanvar-iyunda isə 1.5% təşkil etmişdi.
Əvvəlki bütün şərh və təhlillərimdə yazmışam ki, son illərədək ölkə üzrə ÜDM istehsalını ayaqda saxlayan neft hasilatı faktoru idisə, bu sahədə azalma başlayandan ümumi iqtisadi artımın enməsinin qarşısını bir neçə ildir qeyri-neft-qaz sektoru alır. Adıçəkilən sektor son illər ərzində ÜDM istehsalında əsas faktora çevrilib - hər rüb və hər il nə artım baş verirsə, bilavasitə qeyri-neft-qaz sektorunun hesabına olur. Sual olunur ki, bu il ÜDM istehsalı birinci altı ay ərzində niyə azalmağa doğru istiqamət götürmüşdü? Çünki qeyri-neft-qaz sektoru üzrə artım yuxarıda qeyd etdiyim rəqəmlərdən də göründüyü kimi zəifləmişdi. Cari ilin yanvarında ümumi iqtisadi artım 1.7% təşkil etmişdisə, yanvar-fevralda 0.3%, yanvar-martda -0.3%, yanvar-apreldə 0.2%, yanvar-mayda 0.0%, yanvar-iyunda isə 0.8% olmuşdu. Cari ilin ilk 7 ayı ərzində isə ölkədə 76 milyard 817.7 milyon manatlıq ümumi daxili məhsul istehsal olunmaqla iqtisadiyyat 1.4% artıb. Düzdür, bunu iqtisadi canlanma olaraq qələmə vermək hələ tezdir. Ancaq, təkrar edirəm, staqnasiya vəziyyətindən uzaqlaşmışıq. İlin birinci yarısında ölkənin iqtisadi və sosial inkişafına dair yekun göstəricilərə dair də qeyd etmişdim ki, durğun vəziyyətdən, yəni staqnasiyadan çıxmaq, hərəkətli vəziyyətə keçmək üçün müəyyən çarxlar dərhal işə salınmalı, təkanverici qüvvə rolunda çıxış edən bütün növ amillər təcili şəkildə biri-birinin ardınca dövriyyəyə buraxılmalıdır. Bütün bunların birinci rəhni isə investisiyalaşdırmadır. Dövlət Statistika Komitəsinin aylıq makroiqtisadi göstəricilərinə diqqət yetirsək, aprel də daxil olmaqla cari ilin ilk dörd ayı ərzində ölkədə əsas kapitala investisiyaların qeyri-neft-qaz sektoru üzrə əvvəlki ilin eyni dövrü ilə müqayisədə 12.4% azaldığını görərik. May ayı daxil olmaqla isə bu rəqəm +2.2%-ə doğru dəyişdi. İyun ayında sözügedən göstəricinin, yəni qeyri-neft-qaz sektoruna investisiyaların birdən-birə ötən ilin eyni dövrü ilə müqayisədə 5.5% artması nəticəsində ilin birinci yarısı üzrə ölkənin qeyri-neft-qaz sektoru 1.5% real artım nümayiş etdirdi ki, bu sahədə 45 milyard 596.5 milyon manatlıq əlavə dəyər əldə olundu. Buna müvafiq olaraq da, ölkədə 65 milyard 207 milyon manatlıq ÜDM istehsal olunmaqla iqtisadiyyat 0.8% artım nümayiş etdirdi. Qeyd etmək istədiyim odur ki, investisiyalaşdırmaya, xüsusən də qeyri-neft-qaz sektorunun maliyyələşdirilməsinə yanaşmada inflyasiyadan ehtiyat etmək, dövlət xərclərinə və layihələrin effektliliyinə nəzarət, büdcə gəlirliliyi ilə ayaqlaşmaq və sair nə qədər vacib və zəruri cəhətlər olsa da, ölkədə adıçəkilən sektor üzrə artımı ardıcıl dəstəkləməyə çox böyük ehtiyac var. Ən əsası da, özəl investisiyalar hesabına... Çünki qeyri-neft-qaz sektoru ümumi iqtisadi artım üçün yeganə hərəkətverici faktordur.

Mənbə
oxu.az