İqtisadiyyat
"Euronews": Bakıda "Formula-1", beynəlxalq təhlükəsizlik və rekord investisiyalar həftəsi - VİDEO
Bakı heyranedici yarışlar, təhlükəsizlik sahəsində yüksəksəviyyəli tədbirlər və rekord investisiyalarla ilin ən dolğun həftələrindən birini başa vurub. Oxu.Az xəbər verir ki, bu barədə "Euronews" telekanalının hazırladığı süjetdə bəhs edilir.
Bildirilir ki, paytaxt Bakıda bir sıra irimiqyaslı beynəlxalq tədbirlər keçirilib. Bunların arasında 100-dən çox ölkənin nümayəndələrinin iştirak etdiyi və yeni nəsil təhdidlərin müzakirə olunduğu Bakı Təhlükəsizlik Forumu, eləcə də şəhəri bu ilin dünya avtoidmanının ən böyük hadisəsinin mərkəzinə çevirən "Formula-1" üzrə Azərbaycan Qran-prisi yer alıb. "Bu, ölkə təqvimindəki ən zəngin həftələrdən biridir və bir çox sahələr bundan əhəmiyyətli faydalar əldə edirlər. Həftə beynəlxalq maliyyə və investisiya məsələlərinə keçidlə başa çatıb. Sentyabrın 25-də Bakı Konqres Mərkəzində ikinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun (AIIF) açılışı olub. İkigünlük tədbir qlobal investisiya arxitekturasının yenidən dəyərləndirilməsinə və Cənubi Qafqazın regional qarşılıqlı əlaqələrin əsas mərkəzlərindən biri kimi rolunun möhkəmləndirilməsinə yönəlib", - reportajda deyilir.

Mənbə
oxu.az