Dünya
Fransa səfirinin rezidensiyasında nə baş verib? - 30 qadınla bağlı ARAŞDIRMA - FOTO
Fransanın Mərkəzi Afrika Respublikasındakı səfiri Bruno Fuşe öz rezidensiyasında gənc qadınların iştirakı ilə çoxsaylı məclislər təşkil edib. Bu səbəbdən Fransa Xarici İşlər Nazirliyi onunla bağlı xidməti araşdırma aparmaq qərarına gəlib. Oxu.Az xəbər verir ki, bu barədə yerli "Le Canard enchaîné" nəşri diplomatik qurumun məlumatlarına istinadən yazıb. Belə ki, diplomat 2024-cü ilin əvvəlindən bu ilin yazına qədər 20-30 yaş arası təxminən 30 qadını öz mənzilinə gətirib. Onlardan bəziləri hətta xidməti iqamətgahda gecələyiblər. Ziyarətçilərin davamlı axını diplomatik missiyanın mühafizəsi üçün Banqiyə göndərilən Fransa jandarmının elit xüsusi bölməsinin əməkdaşlarını narahat edib. Səfirin qanunsuz davranışı ilə bağlı hesabat alındıqdan sonra Fransa XİN-in baş katibi xidməti araşdırmaya başlayıb. Araşdırma aprelin 7-dən 10-dək hadisə yerində aparılıb. Yoxlama zamanı ciddi pozuntular aşkarlansa da, Fuşe hələ də vəzifəsini icra edir. Nəşrin mənbələrinin məlumatına görə, onun gələcək karyerası ilə bağlı yekun qərar Fransanın xarici işlər naziri Jan-Noel Barrotun mövqeyindən asılı ola bilər.
Mənbə
oxu.az