Dünya

Azərbaycan və İran gömrük rəhbərləri sərhəddə görüşdülər - FOTO

11 Aug 2026, 19:56 1 baxış
Azərbaycan və İran gömrük rəhbərləri sərhəddə görüşdülər - FOTO
İranın Astara Gömrük İdarəsi ilə Azərbaycanın Astara Gömrük İdarəsinin rəhbərləri Astara gömrük-sərhəd buraxılış məntəqəsinin sərhəd körpüsündə görüşərək gömrük məsələlərini və ticarət əlaqələrinin asanlaşdırılması yollarını müzakirə ediblər. Oxu.Az bu barədə "Azad İran" "Telegram" kanalına istinadən xəbər verir. İran və Azərbaycan gömrük idarələrinin rəhbərlərinin Biləsuvarda keçirilən görüşündən sonra baş tutan bu görüşdə sərhədin hər iki tərəfində mövcud olan problemlər diqqətə çatdırılıb, ticarət əlaqələrinin asanlaşdırılması üçün icra mexanizmləri və həll yolları barədə fikir mübadiləsi aparılıb. Yük maşınlarının giriş-çıxışının sadələşdirilməsi istiqamətində zəruri koordinasiyanın təmin edilməsi, ticarət sahəsində yarana biləcək mümkün maneələrin aradan qaldırılması, eləcə də sahibkarlara göstərilən xidmətlərin yaxşılaşdırılması görüşdə müzakirə olunan digər məsələlər sırasında yer alıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər