Dünya

"Toyota" ABŞ-də yarım milyondan çox avtomobili geri çağırır

11 Aug 2026, 18:04 2 baxış
"Toyota" ABŞ-də yarım milyondan çox avtomobili geri çağırır
Yaponiyanın "Toyota" avtokonserni ABŞ-də 508 000-dən çox avtomobili geri çağırır. Buna səbəb cihaz panelinin mühüm təhlükəsizlik məlumatlarını göstərməməsidir ki, bu da qəza və xəsarət alma riskini artırır. Oxu.Az-ın xəbərinə görə, bu barədə "Reuters" nəşri ABŞ Milli Yol Hərəkəti Təhlükəsizliyi İdarəsinə (NHTSA) istinadən məlumat verib. "Mühərrikin işə salınması zamanı cihaz paneli displeyində yaranan nasazlıq təcili siqnalizasiyanın, dönmə göstəricilərinin, bərkidilməmiş təhlükəsizlik kəmərləri xəbərdarlığı sisteminin və smart-açarın işə düşməsi xatırlatmalarının söndürülməsinə səbəb ola bilər", - deyə məlumatda qeyd edilib. Nəşrin məlumatına görə, geriçağırma 2025-2026-cı il buraxılışı olan bəzi "Camry Hybrid" modellərinə şamil ediləcək. Nasazlığın aradan qaldırılması çərçivəsində dilerlər, həmçinin displeyin proqram təminatını da pulsuz yeniləyəcəklər.
Mənbə oxu.az

Oxşar Xəbərlər