Dünya
Macarıstanın yeni prezidenti seçildi
Macarıstan parlamenti ölkənin Ali Məhkəməsinin keçmiş sədri Andraş Bakanı yeni prezident seçib. Oxu.Az Lenta.ru-ya istinadən xəbər verir ki, səsvermə prosesi ölkənin Baş naziri Peter Madyarın rəsmi "YouTube" kanalında yayımlanıb. Bildirilir ki, Andraş Baka namizədliyinin irəli sürülməsi üçün tələb olunan sayda səs toplayan yeganə namizəd olub. Andraş Baka 2009-cu ildən 2011-ci ilədək Macarıstan Ali Məhkəməsinin sədri vəzifəsində çalışıb. O, keçmiş baş nazir Viktor Orbanın təşəbbüsü ilə həyata keçirilən məhkəmə islahatı nəticəsində vəzifəsindən uzaqlaşdırılıb. Daha sonra Avropa İnsan Hüquqları Məhkəməsi bu qərarı qanunsuz hesab edib. İyulun 18-də Macarıstan Prezidenti Tamaş Şuyok ölkə Konstitusiyasına onun vəzifədən uzaqlaşdırılmasını nəzərdə tutan 17-ci düzəlişi təsdiqləyib. Düzəlişdə yer alan müddəaya əsasən, respublikanın hazırkı prezidentinin səlahiyyətlərinə xitam verilir və parlament sənədin qüvvəyə mindiyi tarixdən etibarən 30 gün ərzində yeni dövlət başçısını seçir.
Mənbə
oxu.az