Dünya

Belçikada ot örtüyünü sulamağa görə cərimə tətbiq edildi

11 Aug 2026, 19:00 2 baxış
Belçikada ot örtüyünü sulamağa görə cərimə tətbiq edildi
Belçikanın cənubundakı Şime kommunasında quraqlıq səbəbindən ot örtüyünü sulamaq və ya hovuzu doldurmaq qadağan edilib. Yerli hakimiyyət orqanları sudan həddindən artıq istifadəyə görə 350 avro məbləğində cərimə tətbiq edib. Oxu.Az RTL telekanalına istinadən xəbər verir ki, analoji məhdudiyyətlər artıq ölkənin 10 kommunasında tətbiq edilib. Lakin Şimedə vəziyyət, xüsusilə, gərgin olduğundan daha yüksək cərimələr nəzərdə tutulub. Kommunanın burqomistri Tanqi Dardenin sözlərinə görə, yay başlayandan bəri davam edən quraqlıq nəticəsində Belçikanın cənubunda qrunt sularının səviyyəsi rekord həddə düşüb. Hava proqnozuna əsasən, yaxın həftələrdə Belçikada əhəmiyyətli yağıntı gözlənilmir. Bu səbəbdən ot örtüyünün sulanmasına və həyat üçün zəruri olmayan hər hansı su hövzələrinin, o cümlədən hovuzların doldurulmasına qoyulan qadağa avqustun 31-dək qüvvədə olacaq.
Mənbə oxu.az

Oxşar Xəbərlər