Dünya
Rusiya-Belarus sərhədində gərginlik: Türkiyəli sürücülər ölümdən son anda xilas oldular - VİDEO
Ukrayna ordusu Rusiya və Belarus arasında yerləşən Qomel sərhəd-keçid məntəqəsində yük maşınlarına pilotsuz uçuş aparatı (PUA) ilə zərbələr endirib. Oxu.Az xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.
Hadisə zamanı ərazidə olan və hücumdan son anda sağ qurtulan türkiyəli sürücülər yaşanan dəhşətli anları mobil telefon vasitəsilə lentə alıblar. Artvinin Hopa bölgəsindən olan sürücülərin çəkdiyi kadrlarda yük maşınlarının tamamilə yanaraq külə döndüyü və ətrafda ciddi dağıntıların olduğu öz əksini tapıb. Partlayışın baş verdiyi yerin yaxınlığında olan sürücülər öz avtomobillərinə heç bir ziyan dəymədiyini, səhhətlərinin normal olduğunu və təhlükəli ərazidən uzaqlaşmağa çalışdıqlarını qeyd ediblər. Digər tərəfdən, həyata keçirilən PUA hücumu nəticəsində ölən və yaralananların olduğu bildirilib. Həyatını itirənlərin və xəsarət alanlar yük maşınlarının sürücülərinin İran və Belarus vətəndaşlarıdır.

Mənbə
oxu.az