Dünya

ABŞ-də bütün müşahidələr tarixi ərzində ən isti ay

11 Aug 2026, 16:52 2 baxış
ABŞ-də bütün müşahidələr tarixi ərzində ən isti ay
Bu ilin iyul ayı ABŞ-nin kontinental hissəsində bütün meteomüşahidələr tarixi ərzində ən isti ay olub. Oxu.Az-ın "İnterfaks"a istinadən xəbərinə görə, bu barədə ABŞ Milli Okean və Atmosfer Tədqiqatları İdarəsindən (NOAA) məlumat verilib. NOAA-nın məlumatına görə, ötən ay orta temperatur 76.89 dərəcə Farenheyt (təxminən 25 dərəcə Selsi) təşkil edib. Buna baxmayaraq, Alyaskada hava qeyri-adi dərəcədə sərin olub, daha isti hava 48 ştatda müşahidə edilib. NOAA proqnozlaşdırır ki, avqust ayında ABŞ-nin kontinental hissəsinin böyük ərazisində havanın temperaturu orta səviyyədən yuxarı olacaq. Qeyd edək ki, iyul ayı üçün əvvəlki rekord 1936-cı ildə, ABŞ-də quraqlıq baş verdiyi zaman qeydə alınıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər