Dünya

Konqoda Ebola epidemiyası: Ölənlərin sayı artmaqda davam edir

11 Aug 2026, 15:40 6 baxış
Konqoda Ebola epidemiyası: Ölənlərin sayı artmaqda davam edir
Konqo Demokratik Respublikasında (KDR) Ebola qızdırmasından laboratoriyada təsdiqlənmiş ölüm hallarının sayı 2011-ə çatıb. Oxu.Az-ın TASS-a istinadən xəbərinə görə, bu barədə ölkənin Rabitə və KİV Məsələləri Nazirliyindən məlumat verilib. Məlumata görə, yoluxma hallarının sayı 4381-ə, xəstəlikdən ölüm nisbəti isə 45,9%-ə çatıb. Xəstəxanalarda və təcridxanalarda Ebola diaqnozu qoyulmuş və ya Ebola olduğundan şübhə edilən 700-dən çox insan var. Xatırladaq ki, daha əvvəl Konqoda Eboladan ölənlərin sayının 1801 nəfərə çatdığı bildirilmişdi. Qeyd edək ki, Ebola epidemiyası mayın 15-də KDR-in şərqində və Uqandada başlayıb. Episentr Konqonun İturi əyalətindədir. Uqanda hakimiyyəti iyulun 28-də öz ölkələrində Ebola epidemiyasının bitdiyini elan edib.
Mənbə oxu.az

Oxşar Xəbərlər