Dünya

Kolumbiyada dağıdıcı zəlzələ: BMT yardım əlini uzatdı

11 Aug 2026, 12:52 1 baxış
Kolumbiyada dağıdıcı zəlzələ: BMT yardım əlini uzatdı
BMT-nin Ümumdünya Ərzaq Proqramı dağıdıcı zəlzələdən zərər çəkmiş əhaliyə dəstək məqsədilə Kolumbiya hökumətinin atdığı bütün addımlara yardım göstərməyə hazır olduğunu bəyan edib. Oxu.Az xəbər verir ki, bu barədə təşkilatın rəhbəri vəzifəsini icra edən Karl Skau "X" sosial şəbəkəsindəki hesabında qeyd edib: "Ümumdünya Ərzaq Proqramı yardımın göstərilməsi üçün tələb olunan hər cür fəaliyyətdə hökumətin və tərəfdaşlarımızın səylərinə dəstək verməyə hazırdır". Məlumat üçün bildirək ki, avqustun 10-da Çoko departamentinin San-Xose-del-Palmar şəhəri yaxınlığında 7.4 maqnitudalı zəlzələ baş verib. Yeraltı təkanlar nəticəsində ən azı 132 nəfər həyatını itirib.
Mənbə oxu.az

Oxşar Xəbərlər