İdman

"Sabah"ın istədiyi ulduz futbolçu "Bursaspor"u seçdi - FOTO

10 Aug 2026, 14:44 1 baxış
"Sabah"ın istədiyi ulduz futbolçu "Bursaspor"u seçdi - FOTO
Türkiyənin I Liqa təmsilçisi "Bursaspor" heyətini nigeriyalı hücumçu Henri Onyekuru ilə gücləndirməyə hazırlaşır. Oxu.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, "Gənclərbirliyi" ilə yollarını ayıran 29 yaşlı futbolçu "Bursaspor"la razılığa gəlib. Məlumata görə, tərəflər arasında aparılan danışıqlar müsbət nəticələnib. Onyekuru ilə 1+1 illik müqavilə üzrə razılıq əldə olunub. Xatırladaq ki, bir müddət əvvəl nigeriyalı futbolçunun transferində "Sabah"ın da maraqlı olduğu qeyd edilirdi. Nigeriyalı futbolçu ötən mövsüm "Gənclərbirliyi"nin formasını 19 matçda geyinib və ümumilikdə 433 dəqiqə meydanda olub. O, bu müddətdə komandasına qol və ya məhsuldar ötürmə ilə kömək edə bilməyib. Qeyd edək ki, Onyekuru karyerası ərzində "Everton", "Anderlext", "Qalatasaray", "Monako", "Olimpiakos", "Əl-Fateh" və digər klublarda çıxış edib.
"Sabah"ın istədiyi ulduz futbolçu "Bursaspor"u seçdi - FOTO "Sabah"ın istədiyi ulduz futbolçu "Bursaspor"u seçdi - FOTO
Mənbə oxu.az

Oxşar Xəbərlər