İdman

"Sumqayıt" - "Neftçi" matçının məkanı dəyişdi

10 Aug 2026, 15:02 1 baxış
"Sumqayıt" - "Neftçi" matçının məkanı dəyişdi
Misli Premyer Liqasının I turunun "Sumqayıt" - "Neftçi" görüşü Sumqayıtdakı "SOCAR Polymer Arena"da baş tutacaq. Oxu.Az xəbər verir ki, bu barədə Sumqayıt təmsilçisi məlumat yayıb. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunun ot örtüyündə aparılan yenilənmə işlərinə görə I turda baş tutacaq "Sumqayıt" - "Neftçi" qarşılaşmasının digər stadionda keçirilməsinə qərar verilib. Qeyd edək ki, Premyer Liqanın 2026/27 mövsümünə avqustun 14-də start veriləcək.
Mənbə oxu.az

Oxşar Xəbərlər