Siyasət

Azərbaycanın bir sıra ölkələrdəki səfirləri dəyişdirildi

10 Aug 2026, 13:45 2 baxış
Azərbaycanın bir sıra ölkələrdəki səfirləri dəyişdirildi
Azərbaycanın Polşa, İsveçrə, Niderland, Lixtenşteyn, Lüksemburq və Belçikadakı səfirləri geri çağırılıb, bəzilərinə yeni təyinat olub. Oxu.Az President.az-a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq sərəncamlar imzalayıb. Sərəncamlarla: - Nərgiz Akif qızı Qurbanova Azərbaycan Respublikasının Polşa Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən; - Fuad Eldar oğlu İsgəndərov Azərbaycan Respublikasının İsveçrə Konfederasiyasında, eyni zamanda Lixtenşteyn Knyazlığında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən; - Məmməd Bahəddin oğlu Əhmədzadə Azərbaycan Respublikasının Niderland Krallığında fövqəladə və səlahiyyətli səfiri, eyni zamanda Azərbaycan Respublikasının Kimyəvi Silahların Qadağan Olunması üzrə Təşkilatda daimi nümayəndəsi vəzifələrindən; - Vaqif İsmayıl oğlu Sadıqov Azərbaycan Respublikasının Belçika Krallığında, eyni zamanda Lüksemburq Böyük Hersoqluğunda fövqəladə və səlahiyyətli səfiri və Azərbaycan Respublikasının Avropa İttifaqı yanında Nümayəndəliyinin başçısı vəzifələrindən geri çağırılıblar. Həmçinin: - Fuad Eldar oğlu İsgəndərov Azərbaycan Respublikasının Polşa Respublikasında; - Məmməd Bahəddin oğlu Əhmədzadə Azərbaycan Respublikasının Belçika Krallığında fövqəladə və səlahiyyətli səfir təyin ediliblər.
Mənbə oxu.az

Oxşar Xəbərlər