İdman

"Trabzonspor"dan növbəti transfer bombası - FOTO

10 Aug 2026, 10:52 2 baxış
"Trabzonspor"dan növbəti transfer bombası - FOTO
Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubunda çıxış edən tanınmış hücumçu Darvin Nunyesin növbəti dayanacağı Türkiyə Superliqası ola bilər. Oxu.Az Türkiyə mediasına istinadən xəbər verir ki, "Trabzonspor" 27 yaşlı futbolçu ilə danışıqları müsbət yekunlaşdıraraq onunla prinsipial razılığa nail olub. Xatırladaq ki, bundan əvvəl mətbuatda uruqvaylı qoleadorun xidmətində İtaliyanın adları açıqlanmayan iki klubunun yaxından maraqlandığı barədə xəbərlər yer almışdı. Eyni zamanda, İngiltərənin "Nyukasl Yunayted" və "Çelsi" komandalarının da Nunyesin transferini diqqət mərkəzində saxladığı bildirilirdi. Qeyd edək ki, Darvin geridə qalan mövsüm ərzində çıxış etdiyi bütün turnirlərdə ümumilikdə 24 dəfə yaşıl meydanda görünüb. Bu görüşlərdə o, rəqib qapılarından 9 top keçirməklə yanaşı, 5 dəfə də komanda yoldaşlarına məhsuldar ötürmə edib.
Xatırladaq ki, bir müddət əvvəl Qara dəniz təmsilçisi Məhəmməd Salah ilə 2 illik müqavilə imzalayıb. Müqaviləyə əsasən, Salah hər mövsüm ümumilikdə 17 milyon avro gəlir əldə edəcək. Bu məbləğin 10 milyon avrosu zəmanətli maaş, 7 milyon avrosu isə imza bonusu kimi ödəniləcək.
"Trabzonspor"dan növbəti transfer bombası - FOTO "Trabzonspor"dan növbəti transfer bombası - FOTO
Mənbə oxu.az

Oxşar Xəbərlər