Digər
Rusiyada qızıl yatağında partlayış: ölən var
Kamçatkadakı Asaça qızıl yatağında partlayış baş verib.
Axar.az xəbər verir ki, bu barədə Rusiyanın Kamçatka ərazi Təbii Fəlakətlər Təbabəti Mərkəzi məlumat yayıb.
Hadisə nəticəsində bir nəfər ölüb, daha iki nəfər yaralanıb.
Asaça qızıl yatağı Petropavlovsk-Kamçatskidən 160 kilometr məsafədə, Yelizovo rayonunda yerləşir. Bu mədən Cənubi Kamçatka bölgəsinin əsas qızıl yataqlarından biridir.
Mənbə
axar.az